Meal Seç / Sure Seç

əl-Huməzə Suresi

(AZERBAIJANI) QURAN


104 - əl-Huməzə
Mərhəmətli, rəhmli Allahın adı ilə!
        
əl-Huməzə (Qeybətçi) surəsi (Məkkədə nazil olmuşdur, 9 ayədir)
1. (Dalda) qeybət edib (üzdə) tə'nə vuran hər kəsin vay halına!
2. O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
3. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
4. Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
5. Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
6. O, Allahın yanar odudur.
7. Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
8. O, belələrinin (qeybətçilərin və tə'nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
9. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!
KURAN uygulamasını telefonunuza siz de yükleyin: