Meal Seç / Sure Seç

əl-Kafirun Suresi

(AZERBAIJANI) QURAN


109 - əl-Kafirun
Mərhəmətli, rəhmli Allahın adı ilə!
        
əl-Kafirun (Kafirlər) surəsi (Məkkədə nazil olmuşdur, 6 ayədir)
1. (Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək - deyən müşriklərə) de: "Ey kafirlər!
2. Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!
3. Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!
4. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
5. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
6. Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!"
KURAN uygulamasını telefonunuza siz de yükleyin: