(AZERBAIJANI) QURAN |
| 100 - əl-Adiyat |
| Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
|
|||||||||||||||||
| 1. | And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara; |
| 2. | And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara; |
| 3. | And olsun sübh çağı hücum edən atlara; |
| 4. | And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara; |
| 5. | Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki, |
| 6. | İnsan öz Rəbbinə qarşı çox nankordur. |
| 7. | Və o özü də buna şahiddir. |
| 8. | Həqiqətən, insan var-dövlətə çox hərisdir! |
| 9. | Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı; |
| 10. | Ürəklərdə olanlar faş ediləcəyi zaman |
| 11. | Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)! |