1. |
And olsun bürclər sahibi olan göyə;
|
2. |
And olsun və'd olunmuş günə (qiyamət gününə);
|
3. |
And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,
|
4. |
(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə'nətə düçar olub) qətl edildilər.
|
5. |
O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.
|
6. |
O zaman onlar (xəndəklərin) kənarında oturub,
|
7. |
(Öz əsgərlərinin) mö'minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.
|
8. |
Onlardan (mö'minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə'rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
|
9. |
O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!
|
10. |
Şübhəsiz ki, mö'min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.
|
11. |
İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!
|
12. |
Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!
|
13. |
Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!
|
14. |
(Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.
|
15. |
Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!
|
16. |
O, istədiyini edəndir.
|
17. |
(Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-
|
18. |
Fir'on və Səmud (ordularının)?
|
19. |
Xeyr, kafir olanlar (səni və Qur'anı) elə hey təkzib etməkdədirlər.
|
20. |
Onların bütün ixtiyarı Allahın əlindədir!
|
21. |
Xeyr, o (şe'r deyil) şanlı-şərəfli Qur'andır!
|
22. |
O, lövhi-məhfuzdadır! (Qur'an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)
|