(AZERBAIJANI) QURAN SURE SEÇİNİZ
(AZERBAIJANI) QURAN |
| 113 - əl-Fələq |
| Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
|
|||||||||||||||||
| 1. | (Ya Peyğəmbər!) De: "Pənah aparıram sübhün Rəbbinə! |
| 2. | Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən; |
| 3. | Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən; |
| 4. | (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən; |
| 5. | Və bir də paxıllığı tutanda paxılın şərindən!" |