(AZERBAIJANI) QURAN SURE SEÇİNİZ
(AZERBAIJANI) QURAN |
| 105 - əl-Fil |
| Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
|
|||||||||||||||||
| 1. | (Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə'bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?! |
| 2. | Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?! |
| 3. | Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi. |
| 4. | (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı. |
| 5. | (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi! |