(AZERBAIJANI) QURAN SURE SEÇİNİZ
(AZERBAIJANI) QURAN |
| 104 - əl-Huməzə |
| Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
|
|||||||||||||||||
| 1. | (Dalda) qeybət edib (üzdə) tə'nə vuran hər kəsin vay halına! |
| 2. | O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). |
| 3. | Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. |
| 4. | Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! |
| 5. | Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?! |
| 6. | O, Allahın yanar odudur. |
| 7. | Elə bir od ki, ürəkləri yandırıb-yaxar. |
| 8. | O, belələrinin (qeybətçilərin və tə'nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir. |
| 9. | Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar! |