1. |
And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)
|
2. |
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!
|
3. |
(O, zülməti yaran) parlaq ulduzdur!
|
4. |
Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!
|
5. |
Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!
|
6. |
O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.
|
7. |
(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!
|
8. |
Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -
|
9. |
Bütün sirlərin aşkar olacağı o qiyamət günü;
|
10. |
(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!
|
11. |
And olsun yağış sahibi olan göyə;
|
12. |
And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,
|
13. |
Bu (Qur'an haqla nahaqqı) ayırd edən kəlamdır!
|
14. |
O, oyun-oyuncaq (əyləncə) deyildir!
|
15. |
Həqiqətən, (Məkkə müşrikləri Qur'anın nurunu söndürmək üçün) hiylə qurdular.
|
16. |
Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.
|
17. |
Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!
|