(AZERBAIJANI) QURAN SURE SEÇİNİZ
(AZERBAIJANI) QURAN |
| 95 - ət-Tin |
| Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
|
|||||||||||||||||
| 1. | And olsun əncirə və zeytuna; |
| 2. | And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına; |
| 3. | And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki, |
| 4. | Biz insanı ən gözəl biçimdə yaratdıq! |
| 5. | Sonra da onu qaytarıb rəzillərin rəzili edərik! |
| 6. | Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir. |
| 7. | (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?! |
| 8. | Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?! |