(AZERBAIJANI) QURAN |
93 - əz-Zuha |
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
1. | And olsun səhərə; |
2. | And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki, |
3. | (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu. |
4. | Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir! |
5. | Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne'mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan! |
6. | Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! |
7. | Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?! |
8. | Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! |
9. | Elə isə yetimə zülm etmə! |
10. | Dilənçini də (qapıdan) qovma! |
11. | Və (həmişə) Rəbbinin sənə olan ne'mətindən söhbət aç! |