(AZERBAIJANI) QURAN SURE SEÇİNİZ
(AZERBAIJANI) QURAN |
| 107 - əl-Maun |
| Mərhəmətli, rəhmli Allahın adı ilə! |
|
|
|||||||||||||||||
| 1. | (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü? |
| 2. | O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz); |
| 3. | Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar). |
| 4. | Vay halına o namaz qılanların ki, |
| 5. | Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); |
| 6. | Onlar (namazlarında) riyakarlıq edər, |
| 7. | Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər). |